Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun, Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Biznes forumda Özbəkistanın Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev və digər rəsmilər çıxış edərək, iqtisadiyyatın aidiyyəti sahələrində əlaqələrin genişləndirilməsi, hər iki ölkənin ixrac və investisiya potensialı, biznes və investisiya mühiti barədə məlumat veriblər.

Biznes forum çərçivəsində iki ölkənin müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb.

Forumda iştirak edən AR TSP-nin vitse-prezidenti Nazim Tatlıyev, Özbəkistanın rəsmi nümayəndələri ilə işgüzar görüşlər həyata keçirib.

Tədbir hər iki ölkənin iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın