Palatada "Kran Texnologiyaları" Rusiya şirkətinin təqdimatı keçirildi

Cari ilin 28 aprel tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Rusiyanın iri müəssisələrindən biri olan “Kranovıye Texnoloqii” (Крановые Технологии) şirkətlər qrupunun nümayəndə heyətinin iştirakı ilə Palatada şirkətin biznes-təqdimatı keçirilib. Tədbir Azərbaycandakı yerli dövlət və özəl qurumlarla qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması məqsədi daşıyır. Tədbirdə Azərbaycanın 20-dən artıq dövlət və özəl qurumların nümayəndələri iştirak etmişdir. Təqdimatda iştirak edənlər gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, son illərdə Azərbaycanda müşahidə olunan dinamik inkişaf, ölkəmizin hər sahədə uğur və nailiyyətləri, əlverişli biznes mühiti dünyanın bir çox ölkələrindən sahibkarları Azərbaycana cəlb edir. Tədbirdə Rusiya şirkətinin nümayəndələri öz layihələrinin təqdimatını keçirib. Müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın