04 oktyabr 2012-ci il tarixində Bakıda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Polşanın “ULMA Construccion Polska S.A.” şirkətinin seminar-təqdimatı keçirildi. Polşanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Mixal Labendanın iştirakı ilə keçirilən seminarda “ULMA Construccion Polska S.A.” şirkətinin Prezidenti cənab A.Kozlovski, həmçinin Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Vitse-prezidenti cənab Mehman Əhmədov çıxış etdilər. Seminara 30-a yaxın nazirliklərin, dövlət və özəl qurumların nümayəndələri qatılaraq şirkətin istehsal etdiyi tikinti məhsulları, avadanlıqlar, ümumiyyətlə, tikinti sahəsində istifadə olunan materiallar haqqında ətraflı məlumat əldə etdilər. Seminar bitdikdən sonra “ULMA Construccion Polska S.A.” ilə yerli qurumlar arasında ikitərəfli görüşlər keçirildi.