Cari ilin 20 oktyabr tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası və Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyi “Kazneks İnvest” milli agentliyinin təşkilatçılığı ilə Bakıda “Qazaxıstan-Azərbaycan Biznes Forumu” keçirildi.
Forum zaman Azərbaycan TSP-nin vitse-prezidenti Nazim Tatlıyev və “Kazneks İnvest” milli agentliyinin icraçı direktoru Əsgər Anırov çıxış edərək, iki ölkə arasındakı iqtisadi əlaqələrin vacibliyini və gələcək perspektivləri qeyd etdilər. Forum çərçivəsində Qazaxıstan şirkətlərinin təqdimatı oldu.
İki tərəfli görüşlərlə davam edən tədbirdə maşınqayırma, kimya, tikinti, farmakologiya, yeyinti sənayesini təmsil edən 18 Qazaxıstan şirkətinin təmsilçiləri və 100-ə yaxın Azərbaycanın dövlət və özəl müəssisələrinin nümayəndələri iştirak etdilər.