26 noyabr 2014-cü il tarixində Qvatemala Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri H. Estuardo Menese C. ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadənin Palatada görüşü baş tutdu. Görüş zamanı iki ölkə arasındakı ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, turizm, kənd təsərrüfatı sahələri müzakirə olundu. Qvatemala və Azərbaycan arasındakı məsafənin uzaqlığını vurğulayan səfir, gələcəkdə iki ölkə arasında birbaşa hava xəttinin açılmasının vacibliyini qeyd etdi.
Görüşün sonunda yerli şirkətlərlə iqtisadi əlaqələrin möhkələndirilməsi üçün biznes missiyaların keçirilməsi təklif olundu.