13 iyun 2021-ci il tarixində Qvetamala Respublikasının iqamətgahı Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində olan və eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Xairo David ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti cənab Niyaz Əli-zadənin Palatada görüşü baş tutdu.
Görüş zamanı hər iki ölkənin coğrafiyası, iqtisadiyyatı, iqtisadi-siyası münasibətləri, geosiyasəti və sair mövzularda ətraflı müzakirələr aparıldı. Gələcəkdə iki ölkə arasında qarşılıqlı işgüzar əlaqələrin yaradılması, inkişafı və effektiv ola biləcək sahələrdə əməkdaşlıqların başlanılması üçün fikir mübadilələri edildi.