27-30 avqust 2019-cu il tarixlərində İran-Rusiya Birgə Ticarət və Sənaye Palatasının və Faraz Tejarat Tooska şirkətinin təşkilatçılığı ilə İran İslam Respublikasının azad ticarət, sənaye və iqtisadi zonası olan Ənzəlidə “EİBEX 2019 ANZALİ” adlı iqtisadi sərgi keçirildi. Sərgidə bank xidmətləri, birja, sığorta, idxalat və ixracat, investisiya və digər iqtisadi sahələrdə fəaliyyət göstərən şirkət və müəssisələr öz sahələri ilə iştirakçıları yaxından tanış etdilər.

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının əməkdaşlıq etdiyi həqiqi üzv şirkəti Realqaz MMC-nin mütəxəssisi Etibar Qafarov sözü gedən sərgidə yaxından iştirak edərək təşkilatçılarla tanış oldu, sərgi sahəsini ziyarət etdi və B2B görüşlərdə iştirak etdi.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın