Cari ilin 06 iyul tarixində Moskva Hökumətinin Naziri Serqey Çeryomin və Moskva Ticarət və Sənaye Palatasının prezidenti Vladimir Platonov ilə AR TSP-nin prezidenti Niyaz Əli-zadənin Palatada görüşü baş tutdu.

Görüş zamanı hər iki ölkənin qarşılıqlı iqtisadi münasibətləri, palataların fəaliyyət sahəsi, kənd təsərrüfatı, nəqliyyat, azad olunmuş torpaqlarda infrastkutur və yeniden qurma işləri, təhsil, tibb,  və s. mövzulara toxunuldu. İki palata arasındakı əməkaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi ilə yeni Əməkdaşlıq Sazişinin imzalanması Vladimir Platonov tərəfindən təklif olundu. Gələcəkdə birgə işlərin görülməsi, hər iki ölkənin sahibkarları üçün ikitərəfli görüşlərin və sərgilərin, onlyan tədbirlərin keçirilməsi müzakirə edildi.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın