10 oktyabr 2022-ci il tarixində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Beynəlxalq Ticarət Mərkəzinin birgə təşkilatçılığı ilə Şərq Tərəfdaşlığının Ticarətə Yardım Masası platformasının təqdimatı keçirilib.
Təqdimat zamanı platformanın sahibkarlar və iş adamları üçün daxili və xarici bazarın araşdırılmasına göstərəcəyi yardım forması ətraflı şəkildə iştirakçılar üçün açıqlanıb. AR TSP-nin nümayəndələrinin də iştirak etdiyi təqdimat, növbəti 4 gün ərzində platformanın tam şəkildə mənimsənilməsi üçün keçirilən treyninqlərlə işini davam etdirib.
Qeyd edək ki, layihə Aİ tərəfindən maliyyələşdirilən və Beynəlxalq Ticarət Mərkəzi tərəfindən həyata keçirilən EU4Business təşəbbüsüdür.