22 noyabr 2023-cü il tarixində BƏƏ-də fəaliyyət göstərən Trade Connect şirkətinin baş icraçı direktoru Zulqarnain Javaid, beynəlxalq əməkdaşlıq üzrə direktoru Vissam Massud, Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin beynəlxalq biznesin inkişafı üzrə meneceri Martin Kammer və Regional biznesin inkişafı üzrə menecer Paşa Əliyev ilə AR TSP-nin prezidenti Niyaz Əli-zadənin Palatada görüşü baş tutdu.
Görüş zamanı Trade Connect şirkətinin kiçik təqdimatı və şirkətin fəaliyyəti barədə ətraflı məlumat verildi. Sözügedən şirkətin Azərbaycanda rəqəmsal inkişafa verə biləcəyi tövhələr, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Trade Connect şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olundu. Eyni zamanda, Azərbaycanda İT sahəsinin inkişafı və bu yolda görülən işlər barədə də məsələlərə toxunuldu.