23 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadə Sudanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Məhəmməd Elias Məhəmmədi Palatada qarşıladı.
Görüş zamanı iki ölkə arasındakı ticari əlaqələrin genişləndirilməsi, iki ölkənin iqtisadi vəziyyəti ilə bir birini daha yaxından tanış etmək üçün iş adamları arasında birgə iş birliyinin yaradılması və digər məsələlər geniş müzakirə olundu.