04 iyul 2015-ci il tarixində Bakıda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Prezidenti cənab Niyaz Əli-zadə ilə Tacikistan Ticarət və Sənaye Palatasının sədri cənab Şərif Səidin görüşü baş tutdu. Görüş zamanı ikitərəfli münasibətlərlə bağlı məsələlər, o cümlədən TSP İqtisadi Şurasının yaradılmasının mümkünlüyü müzakirə olundu.
Baş tutan görüşdə iki respublikanın Ticarət və Sənaye Palataları arasında "Əməkdaşlıq Sazişi" imzalandı.