Cari ilin 12 oktyabr tarixində AR TSP-nin prezidenti Niyaz Əli-zadə Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Murad Qadılşin, daimi nümayəndəinin müavini İsmayıl Akmeyev və ticarət müşaviri Ruslan Mirsayapovu Palatada qəbul edib.

Görüş zamanı Tatarıstan və Azərbaycan Respublikasında fəaliyyət göstərən kiçik və orta sahibkarların birgə əməkdaşlıq perspektivləri, ikitərəfli və çoxtərəfli iqtisadi münasibətlərin qurulması və eyni zamanda, Azərbaycanda sərgilərin və B2B görüşlərin təşkili barədə ətraflı müzakirələr aparılıb.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın