Bu il noyabrın 8-i Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı sammiti çərçivəsində İƏT-ə üzv ölkələrin 5-ci biznes forumu keçirilib. Tədbir Özbəkistanın və İƏT-in Ticarət və Sənaye Palataları, həmçinin Təşkilatın Katibliyi tərəfindən təşkil olunub.

Beynəlxalq iqtisadi tərəfdaşlığın gücləndirilməsi istiqamətində növbəti mühüm addıma çevrilən biznes forum, İƏT-ə üzv dövlətlərin Ticarət və Sənaye Palatalarının, nazirliklərin, müvafiq idarələrin, bankların və özəl şirkətlərin rəhbərlərini və nümayəndələrini bir araya toplayıb.

Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyədən 300-dən çox nümayəndənin və 500-dən çox yerli nümayəndənin iştirak ediyi forumda ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi perspektivlərini müzakirə edilib. Forum çərçivəsində qarışıq formatda ikitərəfli görüşlər təşkil olunub. Görüşlərdə yanacaq-energetika, kimya sənayesi, kənd təsərrüfatı, yeyinti və toxuculuq sənayesi, ticarət və digər sahələrdə işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə ilkin addımların atılması müəyyən edilib.

Biznes-forumda iştirak edən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadə məruzə ilə çıxış edib.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın