16 dekabr 2019-cu il tarixində Ukrayna Respublikasının prezidenti cənab Vladimir Zelenskinin Azərbaycana səfəri çərçivəsində onu müşayət edən Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Qennadiy Çijikov ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadənin Palatada görüşü baş tutdu.
Görüş çərçivəsində iki ölkə arasındakı iqtisadi münasibətlər, Palatalar arasındakı əməkdaşlıq məsələləri, gələcəkdə birgə fəaliyyətin intensivləşməsi və digər iqtisadi mövzular müzakirə edildi.