30 iyun 2022-ci il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi "Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük danışıqları və ticarətlə əlaqəli digər tədbirlərlə bağlı Azərbaycan hökümətinin potensialının gücləndirilməsi" layihəsi çərçivəsində "Çoxtərəfli ticarət sistemi və ikitərəfli ticarət əlaqələri: mövcud vəziyyətin icmalı və gələcək perspektivləri" mövzusunda tədbir baş tutdu. İqtisadiyyat nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət strukturlarının, nazirliklərin, agentliklətin və palatanın nümayəndələri iştirak etdilər. Tədbir zamanı Azərbaycanın ÜTT-yə üzv olma potensialı, bu yolda görülən işlər, Qazaxıstan və Türkiyə kimi ölkələrin üzvlük təcrübələri və digər məsələlər müzakirə olundu, təqdimatlar keçirildi və suallar cavablandırıldı.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın