Cari ilin 1 iyun tarixində Venesuela Bolivar Respublikasının Xarici Ticarət Bankının (BANCOEX) prezidenti Qiermo Lara, vitse-prezident Xuan Freer Romero və Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kristofer Martinez ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadənin onlayn görüşü baş tutdu. Hər iki təşkilatın təqdimatı ilə başlayan görüşdə ölkələr arasındakı iqtisadi münasibətlər, gələcəkdə iki təşkilat arasında əməkdaşlıq məsələləri, ikitərəfli ticari əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər və s. mövzular müzakirə edildi. Görüş zamanı BANCOEX ilə AR TSP arasında Anlaşma Memorandumunun imzalanması təklifi irəli sürüldü. Görüşün sonunda hər iki ölkənin tanıtım videosu nümayiş olundu.