04 fevral 2020-ci il tarixində Venesuellanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Kristofer Berroteran ilə AR TSP-nin prezidenti Niyaz Əlizadənin Palatada görüşü baş tutdu. Azərbaycanda ilk səfir olan cənab Berroteran Azərbaycan və Venesuella arasındakı iqtisadi münasibətlərin daha da inkişafı üçün müəyyən addımların atılması məsələlərindən bəhs edərək, gələcəkdə Palata ilə əməkdaşlığa maraqlı olduğunu qeyd etdi.

 AR TSP-nin prezidenti Niyaz Əli-zadə də öz növbəsində cənab səfirə Palata haqqında ətraflı məlumat verərək əməkdaşlığa hər zaman hazır olduğunu bildirdi.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın