29 yanvar 2019-cu il tarixində Gürcüstanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Zurab Pataradze ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadənin Palatada görüşü baş tutdu.
Görüş zamanı iki ölkə arasında ikitərəfli iqtisadi münasibətlər, sahibkarların qarşılıqlı biznes mübadiləsi, gələcəkdə həyata keçirilməsi mümkün ola biləcək layihələr haqqında müzakirələr aparıldı.