Bu gün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Nazim Tatliyevin İnnovasiyaların İdarə edilməsi və Triz İnstitutunun İdarə heyətinin sədri Ali Kutvan və İcraçı direktoru Natiq Əliyev ilə Palatada görüşü baş tutdu.

Görüş zamanı hər iki təşkilat öz fəaliyyətləri haqqında ətraflı məlumat verərək, ikitərəfli əməkdaşlığın qurulması və inkişafı, qarşıda duran yeni layihələr və onların birgə həyata keçirilməsini müzakirə etdilər. Müzakirələr zamanı Ali Kutvan AR TSP ilə əməkdaşlığın yeni müstəvidə davam etdirilməsi məqsədi ilə “Əməkdaşlıq Sazişi”nin imzalanması təklifini irəli sürdü və təklif Palatanın rəhbərliyi tərəfindən olduqca müsbət qarşılandı.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın