13 noyabr 2019-cu il tarixində İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Birinci Katibi Dr. Huthaifa Z. Mahmoud ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Nazim Tatliyevin Palatada görüşü baş tutdu.
Görüş zamanı iki ölkə arasında iqtisadi, ticari münasibətlər, ikitərəfli əməkdaşlıq məsələləri geniş müzakirə olundu. Baş katib hər iki ölkənin iqtisadi əlaqələrini daha da genişləndirmək məqsədi ilə biznes-forumların, sərgilərin keçirilməsini təklif etdi. Nazim Tatliyev ölkə iqtisadiyyatının inkişafından, ölkədə biznes mühitdən geniş məlumat verərək, Palatanın hər zaman əməkdaşlığa hazır olduğunu qeyd etdi.