Cari ilin 04 oktyabr tarixində AR TSP-nin prezidenti Niyaz Əli-zadə və vitse-prezidenti Nazim Tatliyevin Ankara Ticarət Palatasının vitse-prezidenti Halil İbrahim Yılmaz, İdarə Heyətinin üzvləri və eyni zamanda, kreativ sənaye sahəsində fəaliyyət göstərən iş adamlarından ibarət nümayəndə heyəti ilə Palatada görüşü baş tutdu.
Görüş zamanı hər iki Palatanın fəaliyyəti, dünya iqtisadiyyatında yeni sahə olan kreativ sənaye sahəsinin çoxşaxələliliyi, təhsil, turizm, kənd təsərrüfatı sahələri ətraflı müzakirə olundu. Müzakirə əsnasında, işğaldan azad olunmuş Qarabağ ərazisində yenidənqurma və inkişaf prosesləri, bu gedişatda Türkiyə-Azərbaycan dostluğu və Türkiyənin dəstəyi xüsusi vurğulandı.
Səmimi dostluq şəraitində keçən görüşdə hər iki Palatanın gələcəkdə birgə əməkdaşlıq məsələlərinə də xüsusi toxunuldu.