04-06 oktyabr 2022-ci il tarixlərində Moskva şəhərində keçirilən II Xəzər İqtisadi forumu çərçivəsində Xəzər regionu ölkələrinin Ticarət və Sənaye Palatalarının Beynəlxalq İşgüzar Əməkdaşlıq Şurasının "İşgüzar Xəzər" adlı 20-ci iclası keçirilib. 05 oktyabr tarixində keçirilən işgüzar iclasda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın Ticarət və Sənaye Palatalarının prezidentləri təqdimatlarla çıxış ediblər.

Tədbir zamanı iştirakçılar Xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlıq sahəsində perspektiv inkişaf istiqamətləri ilə bağlı fikirlərini bölüşüb, inteqrasiyanın dərinləşdirilməsi və sabit istehsal və təchizat zəncirlərinin formalaşdırılması, iqtisadiyyatın müxtəlif sahələrində birgə proqramların stimullaşdırılması, palatalararası əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın