08 sentyabr 2021-ci il tarixində Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi, iqtisadi və iqtisadi əməkdaşlıq şöbəsinin rəhbəri Amada Şuniçi və siyasi məsələlər üzrə köməkçi Ayan Musayeva ilə  AR TSP-nin vitse-prezidenti Nazim Tatliyevin Palatada görüşü baş tutub.

 

 

Görüş zamanı, iki ölkə arasında iqtisadi münasibətlərin daha da inkişafı etdirilməsi üçün atılan addımlar, Yaponiya-Azərbaycan arasında dostluq münasibətləri, o cümlədən, biznes mühitinin formalaşdırılması, invesitisiya, yeni layihələr və s. kimi məsələlərə toxunuldu. Eyni zamanda Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Çünicinin Azərbaycanın regionlarına olan səfərləri və səfər zamanı baş tutan görüşlərin nəticəsi olaraq, gələcəkdə Azərbaycanın regionlarında da müəyyən sahələr üzrə əməkdaşlığın yüksək potensialı ətraflı müzakirə edildi.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın