01 iyul 2015-ci il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadə və vitse–prezidenti Nazim Tatliyev Jetro İstanbul Yaponiya Xarici Ticarət Təşkilatının nümayəndə heyətini Palatada qəbul etdi.
Görüş zamanı Jetro təşkilatının rəhbər nümayəndəsi cənab Toshihiro Nakajima və xanım Emine Göncü Azərbaycanın idxal-ixrac, kənd təsərrüfatı və digər sahələr ilə maraqlanaraq, iki təşkilat arasındakı ticari-iqtisadi sahədə əməkdaşlığın mümkünlüyünü müzakirə etdilər.
Niyaz Əli-zadə öz növbəsində iki təşkilat arasındakı sözü gedən sahələrin inkişaf mərhələləri, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının iş prinsipləri və s. məsələlərə toxundu və qonaqların suallarını cavablandırdı.