Cari ilin 30 noyabr tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Birinci vitse-prezidenti cənab Niyaz Əli-zadə Azərbaycana yeni təyin olunmuş Nigeriya Federativ Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Alhaji Tukur Manini və Kot d-İvuar Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Bernar Tano-Buçueni Palatada qarşıladı. Görüş zamanı hər iki ölkə ilə Azərbaycanın iqtisadi münasibətlərinin genişlənməsi və o cümlədən, palatalararası əlaqələrin qurulması və inkişafı müzakirə edildi.